Naftalan, Karlovı Varı, Pyeştanı, Roqaşka, Yessentuki, Borjomi və digər beynəlxalq mərkəzlərdə fərdi müalicə və sağlamlıq proqramlarını kəşf edin.
medtour.az sağlamlıq turizmi sahəsində ixtisaslaşmış platformadır. Məqsədimiz müalicə, reabilitasiya, sağlamlıq və istirahət məqsədilə səyahət edən insanlara uyğun seçimlər təqdim etmək və səfərin bütün mərhələlərini vahid şəkildə təşkil etməkdir.
Biz müxtəlif ölkələrdə fəaliyyət göstərən sanatoriyalar, termal və müalicəvi kurortlar, wellness və SPA mərkəzləri üzrə seçimlər təqdim edirik.
Hər bir müraciətdə ehtiyaclara uyğun məkan və proqramların seçilməsi, yerləşdirmə, aviabilet, transfer, viza, səyahət sığortası və digər zəruri xidmətlərin təşkili daxil olmaqla, səfərin bütün mərhələlərində dəstək göstəririk.
Peşəkar Həkim Heyəti və Yüksək Rəylərə Malik Sanatoriyalar
Müalicəvi Kurort Seçimi
4 Ulduz
Legends Tskaltubo Spa Resort — Tsxaltuboda park ərazisində yerləşən, yaşayış, müalicə paketləri və istirahət imkanları təqdim edən kurort otelidir.
Yüksək Səviyyəli Seçim
5 Ulduz
Atlantida Boutique Hotel 5* Sloveniyanın Roqaşka Slatina kurortunda yerləşən, yaşayış, spa və istirahət imkanlarını birləşdirən butik oteldir. Oteldə qapalı hovuz, hidromasaj vannası, sauna bölməsi, masaj və bədən baxımı xidmətləri, idman zalı və restoran mövcuddur.
Sərfəli Kurort Seçimi
4 Ulduz
Grand Hotel Donat Superior — Roqaşka Slatinanın mərkəzi kurort hissəsində yerləşən, yaşayış, masaj, bədən baxımı, hovuz, sauna və qidalanma imkanlarını birləşdirən dördulduzlu oteldir. Roqaşka Tibbi Mərkəzi ilə əməkdaşlıqda Donat mineral suyu ilə tibbi Detoks proqramları da təqdim olunur.
Məşhur Seçim
5 Ulduz
Falkensteiner Spa Resort Marianske Lazne 5* — geniş SPA imkanları, tibbi kurort müalicəsi, fərdi sağlamlıq proqramları və yüksək səviyyəli rahatlıq axtaran qonaqlar üçün premium seçimdir. Otelin əsas üstünlükləri 2 500 m² Acquapura SPA, 4 qızdırılan hovuz, 4 sauna, Health & Longevity Centre və otelin daxilində yerləşən Alexandra mineral su mənbəyidir.
Sərfəli Kurort Seçimi
3 Ulduz
Karlovı Varının əsas kurort hissəsində, mineral su mənbələrinə çox yaxın yerləşən, həkim nəzarəti, balneoloji müalicə, fizioterapiya, reabilitasiya, qidalanma və sağlamlıq-istirahət imkanlarını bir kompleksdə birləşdirən müalicəvi kurort oteli.
Yüksək Səviyyəli Seçim
5 Ulduz
Karlovy Vary-də yerləşən, 5* Superior səviyyəli yaşayış, geniş müalicə bazası, wellness, fizioterapiya və istirahət imkanlarını bir kompleksdə birləşdirən yüksək səviyyəli kurort oteli.
Sağlamlıq səyahətinizin rahat, problemsiz və effektiv təşkili üçün tam xidmət paketi təqdim edirik.
Ehtiyacınıza, səfər məqsədinizə və büdcənizə uyğun sanatoriya və sağlamlıq proqramlarının seçimi və rezervasiyası.
Səfərinizə uyğun aviabiletlərin seçilməsi və hava limanı–sanatoriya–hava limanı transferlərinin təşkili.
Xarici ölkələrə səfərlər üçün viza dəstəyi və səfər müddətinə uyğun səyahət sığortasının təşkili.
Səfərin ilk günündən evə qayıdana qədər bütün suallarınızı cavablandıran fərdi menecer dəstəyi.
Sanatoriya və sağlamlıq turizmi səfərinizlə bağlı bizə müraciət edin. Komandamız uyğun sanatoriya, sağlamlıq proqramı və səyahət xidmətləri üzrə sizə məlumat təqdim edəcək.
Seçdiyiniz sanatoriya və səfər tarixlərinə uyğun qiymət və xidmət variantlarını sizə təqdim edək.