Dil / Язык: AZ / RU
Ana səhifə Biz kimik Sanatoriyalar Xidmətlərimiz Əlaqə
Yüksək Səviyyəli Seçim
5 Ulduz
5 ulduz Superior

Carlsbad Plaza Medical Spa & Wellness Hotel

Marianskolazenska 25, 360 01 Karlovı Varı, Çexiya • Praqa Vatslav Havel hava limanından təxminən 116 km / 1 saat 20 dəqiqə avtomobillə

Təxmini qiymət aralığı: 15 ₼ / gündən
Carlsbad Plaza Medical Spa & Wellness Hotel
Vřídlo termal mineral suyu Otel daxilində içmə fontanı
Həftəlik müalicə 24 prosedura qədər
Fərdi müalicə 7 gecə
Sağlamlıq və istirahət kompleksi 5 növə qədər hovuz • 7 növə qədər sauna

Carlsbad Plaza Medical Spa & Wellness Hotel 5*

Otel haqqında


Carlsbad Plaza Medical Spa & Wellness Hotel 5* Superior Karlovı Varıda yüksək səviyyəli yaşayış, tibbi kurort müalicəsi, fizioterapiya, reabilitasiya, sağlamlıq və istirahət imkanlarını bir kompleksdə birləşdirən oteldir.

Otelin əsas üstünlüklərindən biri yaşayış, həkim müayinəsi, müalicə prosedurları, fizioterapiya, hovuz, sauna, idman zalı və qidalanma xidmətlərinin böyük hissəsinin eyni kompleks daxilində təqdim olunmasıdır. Otelin Medical Spa Gallery adlı geniş tibbi və balneoloji müalicə mərkəzində Karlovı Varının ənənəvi kurort müalicəsi müasir tibbi avadanlıqlar, fizioterapiya və reabilitasiya üsulları ilə birləşdirilir.


Termal mineral su mənbələrinə və kolonadalara məsafə


Carlsbad Plaza-dan Karlovı Varının əsas mineral su mənbələrinə piyada çatmaq mümkündür:

  • Dəyirman kolonadası (Mlýnská kolonáda): təxminən 1 km / 11 dəqiqə piyada
  • Bazar kolonadası (Tržní kolonáda): təxminən 700 m / 13 dəqiqə piyada
  • Vřídlo termal mineral su mənbəyi (Vřídelní kolonáda): təxminən 700 m / 9 dəqiqə piyada
  • Park kolonadası (Sadová kolonáda): təxminən 1,3 km / 13 dəqiqə piyada
  • Qala kolonadası (Zámecká kolonáda): təxminən 13 dəqiqə piyada; marşrutun bir hissəsi Qala təpəsi istiqamətində yoxuşludur.

Carlsbad Plaza-nın mühüm üstünlüklərindən biri Vřídlo termal mineral suyunun otelin əsas qəbul hissəsində yerləşən içmə fontanına gətirilməsidir. Hansı mineral suyun, hansı miqdarda və günün hansı vaxtında qəbul ediləcəyi həkim tərəfindən fərdi şəkildə müəyyən edilir.


Otelin ətrafında:

  • Kaiserbad / Imperial Spa: təxminən 100 m / 1–2 dəqiqə piyada
  • Karlovı Varı Muzeyi: təxminən 200–300 m / 3–4 dəqiqə piyada
  • Diana funikulyorunun aşağı stansiyası: təxminən 300–400 m / 4–5 dəqiqə piyada
  • Grandhotel Pupp ərazisi: təxminən 300–400 m / 3–5 dəqiqə piyada
  • Müqəddəs Mariya Maqdalena kilsəsi: təxminən 400 m / 5 dəqiqə piyada
  • Karlovı Varı Şəhər Teatrı: təxminən 500–600 m / 6 dəqiqə piyada
  • Müqəddəs Pyotr və Pavel Pravoslav kilsəsi: təxminən 1,2 km / 15 dəqiqə piyada
  • Yan Bexer Muzeyi: təxminən 1,6 km / 20–25 dəqiqə piyada.


Müalicə proqramları


Müalicə ilkin həkim müayinəsi ilə başlayır. Həkim qonağın diaqnozunu, ümumi sağlamlıq vəziyyətini, əvvəlki xəstəliklərini, tibbi sənədlərini, qəbul etdiyi dərmanları və əsas şikayətlərini qiymətləndirir. Bundan sonra fərdi müalicə proqramı hazırlanır.

Klassik müalicə proqramı minimum 7 gecəlik qalma üçün nəzərdə tutulur. Proqrama həftədə 18 prosedura qədər müalicə, ilkin həkim müayinəsi, tibbi məsləhətləşmə, laborator qan və sidik analizləri, həkim tərəfindən təyin olunan mineral su içmə kursu, gündəlik sağlamlıq və istirahət kompleksindən və idman zalından istifadə daxil ola bilər.

İntensiv müalicə proqramında qonağın sağlamlıq vəziyyəti və seçilmiş paketdən asılı olaraq həftədə 24 prosedura qədər müalicə və həftədə 5 seansa qədər bütün bədən soyuq terapiyası nəzərdə tutula bilər.

Carlsbad Plaza-da həmçinin fərdi müalicə otaqları mövcuddur. Oteldə 6 xüsusi fərdi müalicə otağı fəaliyyət göstərir. Hər biri təxminən 50 m² sahəyə malikdir. Müalicə təxminən 2,5 saatlıq vaxt bloku daxilində təşkil edilə bilər və qonağın sağlamlıq vəziyyəti ilə həkimin göstərişindən asılı olaraq gündə 4 prosedura qədər və ya daha çox prosedur kombinasiyası müəyyən edilə bilər


Carlsbad Plaza əsasən Karlovı Varının ənənəvi kurort müalicəsi istiqamətləri üzrə xidmət göstərir.

Əsas müalicə istiqamətləri:

  • Həzm sistemi — qida borusu, mədə, bağırsaq, qaraciyər, öd kisəsi, öd yolları və mədəaltı vəzi xəstəlikləri;
  • Maddələr mübadiləsi — şəkərli diabet, artıq çəki, piylənmə, lipid və sidik turşusu mübadiləsinin pozulması, podaqra;
  • Dayaq-hərəkət sistemi — onurğa və iri oynaqların degenerativ xəstəlikləri, əməliyyatlardan və travmalardan sonrakı reabilitasiya, əzələ və oynaq problemləri;
  • Onkoloji müalicədən sonrakı reabilitasiya — fərdi tibbi qiymətləndirmə əsasında əməliyyatdan sonrakı reabilitasiya, limfödemin idarə olunması və kimyaterapiyadan sonrakı bərpa;
  • Digər istiqamətlər — xroniki bronxit, fiziki və psixoloji yorğunluq, gərginlik və periodontal problemlə


Müalicə prosedurları


Carlsbad Plaza-da klassik balneoloji müalicə, fizioterapiya, reabilitasiya və cihazla aparılan müalicə üsulları birlikdə tətbiq olunur.

Müalicə proqramına həkim təyinatından asılı olaraq Karlovı Varı termal mineral su içmə kursu, sualtı masaj, karbon qazlı vanna, mirvari vanna, mineral vannalar, torf sarğıları, torf vannası, parafin, müalicəvi gimnastika, hovuzda müalicəvi hərəkətlər, əl ilə və cihazla limfa drenajı, müxtəlif masajlar, karbon qazı ilə müalicə, inhalasiya, oksigen müalicəsi, lazer müalicəsi, maqnitlə müalicə, ultrasəs müalicəsi və digər fizioterapiya üsulları daxil edilə bilər.

Prosedurların növü, sayı və intensivliyi qonağın sağlamlıq vəziyyətinə, seçilmiş müalicə proqramına və həkimin göstərişinə əsasən fərdi şəkildə müəyyən edilir.

Uşaqlar üçün müalicə



Carlsbad Plaza-da tibbi və kurort müalicəsi 12 yaşdan yuxarı qonaqlar üçün nəzərdə tutulur. 12 yaşdan aşağı uşaqlara tibbi və kurort müalicə prosedurları təqdim edilmir; onlar üçün yerləşmə və qidalanma xidməti mümkündür.


Qonaq təcrübəsi


Carlsbad Plaza Medical Spa & Wellness Hotel qonaq rəylərində ümumilikdə yüksək qiymətləndirilir.

  • Booking: 9,0/10
  • Google: 9,2/10
  • Tripadvisor: 8,8/10
  • Trip: 9,1/10 


Qonaqlar xüsusilə geniş hovuz və sauna imkanlarını, otaqların rahatlığını və təmizliyini, qidalanma seçimlərini, müalicə imkanlarını, personalın xidmətini, sakit atmosferi və Karlovı Varının tarixi kurort hissəsinə yaxın yerləşməsini müsbət qeyd edirlər. Vřídlo termal mineral suyunun otelin daxilində mövcud olması da üstünlüklərdən biri kimi göstərilir.

Qiymətə Nələr Daxildir?

  • Seçilmiş paketə uyğun yerləşmə
  • Paketə uyğun qidalanma
  • İlkin həkim müayinəsi
  • Həkim tərəfindən təyin olunan 24 prosedura qədər həftəlik müalicə
  • Tibbi məsləhətləşmə
  • Qan və sidik laborator analizləri
  • İdman zalından gündəlik istifadə
  • Gəliş zamanı təzə meyvə və otaqda gündəlik mineral su
  • 21 gecə və daha uzun qalmalarda yekun həkim məsləhətləşməsi

Qiymətə Daxil Deyil

  • Paketə daxil olmayan əlavə tibbi müayinələr
  • Paketdən əlavə təyin olunan müalicə prosedurları
  • Paketə daxil olmayan əlavə xidmətlər
  • Qaraj dayanacağı
  • Elektrikli avtomobilin enerji ilə doldurulması

Müalicə Sahələri

Həzm sistemi xəstəlikləri

  • • Qida borusunun reflüks xəstəliyi
  • • Mədə və onikibarmaq bağırsaq xorası – kəskinləşmə dövrü xaric
  • • Mədə və bağırsaqların funksional və xroniki xəstəlikləri
  • • Xroniki qəbizlik və funksional ishal
  • • Qıcıqlanmış bağırsaq sindromu
  • • Crohn xəstəliyi və xoralı kolit – kəskinləşmə dövrü xaric
  • • Bağırsaq infeksiyalarından sonrakı hallar
  • • Müalicə olunmuş parazitar xəstəliklərdən sonrakı hallar
  • • Müalicə olunmuş parazitar xəstəliklərdən sonrakı hallar
  • • Öd kisəsi və öd yolları əməliyyatlarından sonrakı hallar
  • • Xroniki qaraciyər xəstəlikləri
  • • Qaraciyərin piylənməsi
  • • Toksik qaraciyər zədələnməsindən sonrakı hallar
  • • Xroniki öd kisəsi və öd yolları xəstəlikləri
  • • Xroniki mədəaltı vəzi xəstəlikləri
  • • Kəskin pankreatitdən sonrakı hallar
  • • Qaraciyər və mədəaltı vəzi transplantasiyasından sonrakı stabil hallar

Maddələr mübadiləsi xəstəlikləri

  • • Şəkərli diabet
  • • Qlükoza tolerantlığının pozulması
  • • Artıq çəki və piylənmə, metabolik sindrom
  • • Lipid mübadiləsinin pozulması
  • • Sidik turşusu mübadiləsi pozğunluqları
  • • Podaqra

Dayaq-hərəkət sistemi xəstəlikləri

  • • Onurğa və iri oynaqların degenerativ xəstəlikləri
  • • Onurğa və oynaq əməliyyatlarından sonrakı vəziyyətlər
  • • Travmalardan sonrakı reabilitasiya
  • • Ankilozlaşdırıcı spondilit
  • • Kəskin və xroniki əzələ ağrıları
  • • Funksional onurğa pozuntuları
  • • Revmatoid artrit – kəskinləşmə dövrü xaric
  • • Bursit
  • • Xroniki əzələ ağrıları
  • • Xroniki dayaq-hərəkət sistemi ağrıları

Digər müalicə istiqamətləri

  • • Periodontal xəstəliklər
  • • Post-COVID reabilitasiyası
  • • Xroniki bronxit
  • • Stress və fiziki və psixi yorğunluq
  • • Onkoloji müalicədən sonrakı reabilitasiya – fərdi tibbi qiymətləndirmə əsasında
Əks-göstərişlər

Kurort və reabilitasiya müalicəsi bəzi sağlamlıq vəziyyətlərində uyğun olmaya bilər. Ciddi və xroniki xəstəlikləri olan qonaqlarda müalicənin uyğunluğu rezervasiyadan əvvəl tibbi sənədlər əsasında qiymətləndirilməlidir.

İnsandan insana keçən aktiv yoluxucu xəstəliklər və infeksiya daşıyıcılığı
Xəstəliklərin kəskin mərhələsi
Sağlamlıq vəziyyətinin qeyri-sabit olduğu və pisləşmə riski olan hallar
Aktiv vərəm; müalicə tamamlandıqdan sonra yalnız müvafiq həkimin müsbət rəyi ilə kurort müalicəsi mümkündür
Klinik qan dövranı çatışmazlığı
Ağır ürək ritm pozğunluqları
Nəzarət olunmayan ağır arterial hipertenziya
Ağır tənəffüs çatışmazlığı
Dərin ven trombozundan sonrakı ilk 3 ay
Dərin ven trombozundan sonrakı ilk 3 ay
Son 12 ay ərzində təkrarlanan güclü qanaxmalar; mütəxəssis həkimin müsbət rəyi olduqda istisna mümkündür
İntensiv reabilitasiyaya mane olan ağır kaxeksiya
Aktiv və ya proqressiv bədxassəli şiş xəstəliyi
Nəzarət olunmayan epilepsiya; nevroloqun müsbət rəyi ilə istisna mümkündür
Aktiv psixoz
Müalicə rejiminə əməl etməyə mane olan ağır psixi və ya koqnitiv vəziyyətlər
Alkoqoldan aktiv asılılıq
Narkotik və digər asılılıq yaradan maddələrdən aktiv asılılıq
Aktiv parazitar xəstəliklər
III dərəcəli sidik saxlamama
Nəcis saxlamama
Hamiləlik

Kurort və Otel İnfrastrukturu

Tibbi müalicə mərkəzi Medical Spa Gallery daxilində balneoloji müalicə, fizioterapiya, reabilitasiya və müxtəlif tibbi prosedurlar təqdim olunur.
Hovuz və su zonaları Wellnessland Alt Karlsbad kompleksində 5 növ hovuz: əsas hovuz, 2 burulğan hovuzu, termal mineral su hovuzu və akupressur hovuzu.
Sauna kompleksi Wellnessland Alt Karlsbad daxilində 7 növ sauna, müxtəlif duşlar və buz kristalları.
İdman zalı Otel qonaqları üçün gündəlik pulsuz fitness zalı mövcuddur.
Restoran və kafe Otel kompleksində Sorrento Grand Buffet, #ID Bar & Restaurant və Bon Soir Café fəaliyyət göstərir. Çexiya və beynəlxalq mətbəx nümunələri təqdim olunur.
Xüsusi qidalanma Vegetarian, vegan və qlütensiz seçimlər mövcuddur. Fərdi pəhriz əvvəlcədən razılaşdırıla bilər.
Qaraj dayanacağı Ödənişli qapalı dayanacaq mövcuddur. Əvvəlcədən rezervasiya tələb olunur. Elektrikli avtomobil üçün şarj imkanı var.
WhatsApp ilə əlaqə